DSX Bəhruz Quliyevi “Hərbi-əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib

Dövlət Sərhəd Xidməti "Səs" Media Qrupunun fəaliyyətini yüksək qiymətləndirib. SİA-nın xəbərinə görə, bu gün "Səs" Media Qrupun rəhbəri Bəhruz Vaqif oğlu Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən “Hərbi-əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.Rəhbəri olduğu media qurumun fəaliyyətinə göstərilən qiymətə görə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə təşəkkürünü bildirən Bəhruz Quliyev bildirib ki, bu medal təkcə ona deyil, ümumilikdə "Səs" Media Qrupun bütün əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətdir: ""Səs" Media Qrupu daim dövlətçilik meyarlarından çıxış edərək, hər zaman bu önəmli amili diqqətində saxlayıb, Dövlət Sərhəd Xidməti ilə əməkdaşlıq da məhz bunun bariz göstəricisidir. Bir daha mənə və kollektivimizə göstərilən yüksək etimada görə cənab general-polkovnik Elçin Quliyevə dərin təşəkkürlərimizi bildiririk. 18 avqust-Sərhəd Qoşunları günü münasibəti ilə bütün sərhədçiləri təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik".

sia.az