Siyasət

  • 4 101

"Niyə həmsədr dövlətlər Paşinyana bir reaksiya vermir?" ÖZƏL-MÜNASİBƏT

image

“Ermənistan özü demokratik dövlət deyil ki, orada demokratiyadan, ədalətdən danışılsın. Ermənistan cinayətkar bir rejim var. Orada daim cinayətkar rejim olub”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, təəssüflər olsun ki, cinayətkarlar bu fikirlərindən daşınmırlar: “İşğalçı ölkə hələ də uydurma soyqırımı ideyasından əl çəkmir. Bu gün onlar Xocalı kimi soyqırımı törədiblər. Bununla bağlı bütün faktlar, videolar ortadadır. Hətta bunu Sarkisyan, Balayan, Koçaryan özü etiraf edib. Bu boyda soyqırımı törədənlər indi özləri soyqırıma məruz qalmış kimi göstərirlər və ərazi iddiaları irəli sürürlər. Ermənistan Rusiya dövlətinin forpostu olub. Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalıb. Bu gün Ermənistanda əhaliyə heç bir haqq verilməyib. Dünya birliyinin yanaşması təəccüb doğurur ki, niyə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Paşinyana heç bir reaksiya vermir? Paşinyan öz oğlunu cəbhəyə yolladı və bu yolverilməz idi. Bu bir daha Ermənistanın işğalçılıq siyasətini göstərir. Paşinyanın ömrü uzun olmayacaq. Bütün dünya görür ki, Ermənistan hələ dövlət qura bilmir”.

sia.az.

Digər xəbərlər