Siyasət

  • 4 103

"Paşinyan hökümətin lazımsız olduğunu sübut etdi" ÖZƏL-ŞƏRH

image

“2018-ci ilin dekabrın 9-da baş tutmuş seçkilərin rəsmi nəticələri dərhal elan olunsa da bu günədək hökumət təşkil olunmayıb. Mərkəzi Seçki Komissiyası 2019 cu il yanvarın 4-də keçirilən yığıncağında parlamentin ilk iclası yanvarın 14-nə təyin olundu. Bir ay bir həftədən sonra hökumət formalaşmağa başlaya bilər. Kabinetin təşkil olunması da təxminən 20 gün çəkə bilər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, N.Paşinyanın hökuməti formalaşdırmamasının səbəbi bəllidir: “ABŞ, Rusiya hakimiyyət formalaşdıqdan sonra Dağlıq Qarabağ danışıqlarında irəliləyiş tələb edəcəklər. N.Paşinyanın öz açıqlamalarına görə ortalıqda olan tənzimlənmə variantı Ermənistanın maraqlarına cavab vermir. Ona görə N.Paşinyan vəziyyətdən çıxış yolu kimi yeni imitasiya variantı tapıb. Bu da hökumətin formalaşdırmasını ləngitməkdir. Paşinyanın bu imitasiya variantı eks prezident S.Sərkisyanın dəst-xəttinin davamıdır. Serj Sərkisyan prezidentlik idarə üsulun parlament idarəçiliyinə dəyişəndə də məqsədi məhz Ermənistanın dövlətçiliyini Dağlıq Qarabağ tənzimlənməsində imitasiya resursuna çevirmək idi.Görünür, Serj Sərkisyanla N.Paşinyan arasında bu məsələdə əlaqə var və Paşinyan Serj Sərkisyanın planlarını reallaşdırır.rmənistanda tarixən ciddi formalaşmış dövlətçilik ənənələri olmayıb. Ona görə əhali rəhbərlərin dövlətçiliyə hörmətsizliyinə dözür. Amma indiki reallığın daha bir cəhəti kilsənin də zəifləməsindədir. Erməni Apostol Kilsəsinin mənəviyyatsızlıq və kriminallıqla dostlaşması S.Sərkisyanın dövründə başlanmışdı. N.Paşinyanın dövründə kilsəyə qarşı əməlli başlı mitinqlər keçirilir.Beləliklə Ermənistan əhalisinin idarəçilərə ehtiyac olmadığı göz qabağındadır. N.Paşinyan Ermənistan dövlətçiliyinin mövcudluğunu şübhə altına salmaq istiqamətində kifayət qədər ciddi addım atdı”.

sia.az

Digər xəbərlər