Siyasət

  • 3 903

"Ermənistan öz maraqlarına cavab verən atmosfer formalaşdırmağa səy göstərir" RƏY-ÖZƏL

image

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli variantı ciddi dalana dirənib. Ermənistan meydan sulayır kimi mövqe, münasibət sərgiləməkdədir. Bu, danışıqlar masası ilə yanaşı, hərbi müstəvidə Ermənistana qarşı ötkəmli cavab verməklə nəticələnə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Ermənistan bilməlidir ki, o kimlər tərəfindən nə qədər Azərbaycana qarşı qısqırdılsa, münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe sərgiləsə də, Azərbaycan hər meydanda öz hüquqlarını qorumaya və onları öz yerlərində oturda bilər:“Ermənistanın ağaları var. 3 milyonluq xalqın dünyada sayı 50 milyona çatan Azərbaycan qarşısında meydan oxumağa cəhd göstərməsi gülüncdür. Ermənistanın arxasında dayanan qəyyumlar başa düşməlidir ki, xalqımızın iradəsini yenmək mümkün deyil. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq mövqeyə sahibdir və bu mövqeni təzahür etdirəcəklər. Bu baxımdan Paşinyanın son dövrlər sərgilədiyi müharibə ritorikası keçməyəcək, bu mənasız məzmunsuz çağırış bumeranq şəklində onların özlərinə ziyan vuracaq və onlar yanlış olduqlarını başa düşəcəklər”.Azərbaycan və Ermənistan XİN başçılarının Münhendə baş tutacaq görüşünə gəlincə Q. Hüseynli söyləyib ki, bu görüş qlobal məsələlərə həsr olunacaq: “Xüsusilə də yeni dünya düzənini pozmağa çalışan dövlətlərlə bu düzəni yaratmağa çalışan dövlətlər arasında mürəkkəb məqamların yoluna qoyulması əsas müzakirə mövzusu olacaq. Əlbəttə dünya sülhünə təhlükə kimi lokal münaqişə məsələləri də müzakirə olunacaq. Amma aparıcı mövzu qlobal münasibətlər olacaq”.Politoloq əlavə edib ki, Münhen görüşü regionda sülhün yaranmasına hər hansı töhfə ola bilməz: “Çünki, Ermənistan zaman qazanmaq, beynəlxalq ictimai rəyi azdırmaq, özünün maraqlarına cavab verən atmosfer formalaşdırmaq istiqamətində səylər göstərir. Təəssüf ki, bizə qonşu olan dövlətlər də Ermənistanın bu hiyləgər və rəzil addımlarını müdafiə edirlər. Bu baxımdan Münhen görüşündən ciddi nəsə gözləmirəm. Əgər Ermənistanda sülh əvəzinə torpaq verməyəcəyik fikri hakimdirsə, bu baxımdan vaxt aparan danışıqların hansısa nəticə verəcəyini sanmıram”.

sia.az

Digər xəbərlər