Siyasət

  • 5 518

"Millətlərarası münaqişə yaratmaq köhnə texnologiyadır" ÖZƏL-MÜNASİBƏT

image

"Fevralın 15-də Moskvada “Neolit” kafesində azərbaycanlıları və çeçenlər arasında məişət zəminində baş verən verən kriminal hadisə millətlərarası münaqişə kimi təqdim edilə bilməz. Çünki belə hadisələr tarixən çox olub. Hansısa dövlətin ərazisində sosial, iqtisadi problemlər gündən-günə artırsa bunu yaddan çıxarmaq və yaxud xalqın qəzəbini bir qədər başqa tərəfə yönəltmək üçün millətlərarası qırğın törədiblər. Bu, çar Rusiyası və Sovet dövründə olub". Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib."Mən hadisələri mütəmadi olaraq mətbuatdan izləyirəm. Artıq məlum olub ki, burada erməni barmağı var. Çünki ermənilər daim çalışır ki, türklər, azərbaycanlılar, müsəlmanlar əleyhinə bu cür təxribatların icraçısı olsunlar. Bunlar həmişə kiminsə buyuruq qulu olublar və bu proseslərdə iştirak ediblər. İndiki dövrdə də Rusiyaya qoyulan embarqolara görə bu ölkədə problemlər çoxalıb və bu gündən-günə də artır. Məsələn, heç kimə sirr deyil ki, qafqazlıların bazarlarda döyülməsi əvvəlki illərdə olurdu. Təbii ki, bu da həmin o problemlərin həll olunmamasının nəticəsidir ki, xalqa göstərsinlər problem bizlik deyil, guya qafqazlılardadır. Bunlar hamısı harada baş verirsə, həmin dövlətin iqtisadi, sosial məsələlər cəhətdən problemli olduğunu göstərir. Çox şükürlər olsun ki, artıq problem həll olundu və barışıq əldə edilib. Təbii ki, bundan sonra da bizim soydaşlarımız ehtiyatlı olmalıdırlar”-deyə, politoloq fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər