Siyasət

  • 3 590

Şahin İsmayılov: Ölkəmiz UEFA Avropa Liqasının final oyununa müvəffəqiyyətlə ev sahibliyi etdi

image

“Azərbaycanda növbəti mühüm uğura imza atıldı. Paytaxt Bakı şəhəri ilk dəfə UEFA Avropa Liqasının final oyununa müvəffəqiyyətlə ev sahibliyi etdi”. Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, final oyununa hazırlıq mərhələsi və oyunun özü çox yüksək səviyyədə təşkil olundu. Onun sözlərinə görə, bu finalın Bakı şəhərində keçirilməsi Azərbaycanın uğurudur.
“Matçın keçiriləcəyi şəhərin müəyyənləşdirilməsi zamanı Bakıya çox güclü rəqiblər var idi. Madrid, İstanbul və digər məşhur şəhərlər içərisindən məhz Bakıya üstünlük verilməsi Azərbaycanın ildən-ilə artan nüfuzundan xəbər verir. Bu, eyni zamanda, Azərbaycanda futbol infrastrukturunun yaradılması, yeni stadionların, ələlxüsus Bakı Olimpiya Stadionunun tikintisi də daxil olmaqla həyata keçirilən ümumi siyasətin uğurudur. Dünyanın bir çox ölkəsindən 30 mindən çox turist oyunu izləmək üçün ölkəmizə səfər edib. Bütün bunlar Azərbaycanın dünyada daha geniş miqyasda tanıdılması və təbliğ edilməsində böyük rol oynayır”-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər