Siyasət

  • 3 020

"Həmsədrlərin məsələyə bu cür yanaşması təəssüfedicidir" RƏY-ÖZƏL

image

“Ermənistanın cəbhə bölgəsində atəşkəsi pozması Azərbaycan mövqeylərini atəşə tutulması bu ölkədə ictimai-siyasi vəziyyətin kritik həddə çatmasının nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.Ermənistan hakimiyyətinin ölkədaxili qarşıdurmanı cəbhə boyunca ötürərək fikirləri yayındırmağa çalışdığını deyən deputat söyləyib ki, düşmən hər zaman bu üsullara əl atır.Onun sözlərinə görə, belə məqamlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlı yanaşması təəsüfləndirici məqamdır: “Həmsədr dövlətlər illərdir ki, Ermənistanın cəbhə bölgəsində mövqelərimizin atəşə tutulmasınını sükutla qəbul edirlər. Ən pisi isə odur ki, ümumilikdə bu vəziyyəti Ermənistanın danışıqlara hazır olmadığı kimi qələmə verirlər və bununla da bu hadisələrin üstündən rahatlıqla keçirlər”.E. Səlimov qeyd edib ki, Azərbaycan tərəfi hər zaman sülüh tərəfdarıdır və münaqişənin sülh yolu ilə sərhədlərimiz daxilində həll olunmasına çalışır: “Ali Baş Komandan işğal altında olan torpaqlarımızın müharibəsiz azad olunması uğrunda var qüvvəsi ilə çalışır və ümid edirik ki, bu, tezliklə reallığa çevriləcək. Amma hərb yolu da istisna deyil”.

sia.az

Digər xəbərlər