Siyasət

  • 3 818

"Sosial təminatın daha da yaxşılaşdırılması istiqamətində yeni sənədlər imzalanacaq" RƏY-ÖZƏL

image

“Azərbaycanda minimum əmək haqqları son 1 il müddətində demək olar ki iki dəfə artırılıb. Prezident İlham Əliyev iyunun 18-də bu istiqamətdə 17 sərəncamları imzalamaqla bir daha göstərdi ki, Azərbaycanda daxili siyasət sosial yönümlüdür və dövlətimiz əhali qarşısında üzərinə götürdüyü sosial öhdəlikləri yerinə yetirmək iqtidarındadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.O bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan bu addımlar, ilk növbədə, cəmiyyətimizdə sosial ədalətin bərqərar olunmasından, hər bir vətəndaşa qayğısının artmasından xəbər verir.Deputat söyləyib ki, minimum əmək haqqının və dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan insanların əmək haqqlarının artırılması Azərbaycan dövləti tərəfindən öz sosial öhdəliklərinin yerinə yetirməsi deməkdir.K.Bayramov qeyd edib ki, 2019-cu ilin əvvəlindən etibarən əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair Prezident tərəfindən imzalanmış fərman və sərəncamlar onu deməyə əsas verir ki, iyunun 18-də imzalanmış sərəncamlar sonuncu deyil, vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində yeni sənədlər imzalanacaq.

sia.az

Digər xəbərlər