Araşdırma

  • 2 925

Amerika seçkilərində feminizm və qadın mübahisələri TƏHLİL

image

Avropa və Amerikada geniş yayılan konstruktivist- feminist fikirlərə görə qadınların həyatı əsrlər boyu kişilərin fikirləri ilə məhdudlaşdırılıb. Buna uyğun olaraq günümüzdə də siyasi arenanın bir parçası olan qadınlar üçün bu məhdudiyyətlər kifayət qədər ağırdır. Bu düşüncə tərzinə görə günümüzdəki qadın siyasətçilər üçün daha çox stereotip var. Məsələn, onlar mehriban və mülayim xarakterli ola bilməzlər. Bu halda onları ciddi qəbul etməyəcəklər. Eyni zamanda, onlar soyuqqanlı və rasional görünməkdən də ehtiyat edirlər. Çünki bu dəfə də onları kişiləşmiş adlandırırlar. Bu mövzudakı fikir ayrılıqları da öz növbəsində Respublikaçılar və Demokratlar arasındakı qərəzli mübahisələrdəndir.Trampın vitse-prezidentliyə namizədi Vance 2021-ci ildəki müsahibəsində Kamala Harrisi və digər uşaqsız demokratları tənqid edərək onu və komandasını “öz həyatlarından və etdikləri seçimlərdən narazı olan və ölkənin qalan hissəsini də bədbəxt etmək istəyən uşaqsız qadınlar” adlandırıb. Qeyd edək ki, bu fikir illər əvvəl böyük əks-səda yaratdığı kimi bu il də gündəmə gəlib.Beləliklə, respublikaçılar timsalında Vance bu stereotipik şərhləri edərkən, uşağı olmayan insanın uşaq sahibi olandan daha dəyərsiz olduğunu iddia edir. Eyni zamanda, Vance övladı olmayan insanların "bu ölkənin gələcəyinə heç bir fiziki bağlılığı olmadığını" iddia edib. Beləliklə, onun fikrincə, Kamalanın ögey övladları olsa da, bioloji övladı olmadığı üçün o öz ölkəsi üçün arzuolunan şəxs deyil. Demokratlar isə bu fikirlərin cavabında onun iddialarını təhqiredici və qeyri-real adlandırıblar.Vancenin fikirlərini xatırlayaraq Harris üzərində təzyiq yaratmağa çalışan Tramp tərəfdarları buna müəyyən qədər nail olublar. Görünür, bu mövzu bütün qadınların olduğu kimi, Kamala Harrisin də həssas və zəif nöqtəsidir. Onların səsləndirdiyi fikirlərə görə, Harris prezident ola bilməz. Çünki onun ailə olmaq və uşaq böyütmək kimi təcrübəsi yoxdur.Demokratlar isə cavabında “Planetimizin gələcəyi və sonrakı nəsillərin təhlükəsizliyini düşünmək üçün valideyn olmağa ehtiyac yoxdur deyib”. Onların fikrincə, idarəetmədə bacarıqsız olan bir çox uşaqlı siyasətçi var. Beləliklə, uşaq sahibi olmağın fərdin, zəkasına və ya empatiyasına heç bir aidiyyəti yoxdur. Aydındır ki, həyatı öz şərtləri ilə yaşayan və siyasətə təsir edən güclü qadın obrazı respublikaçıların mühafizəkar ana obrazı ilə uyğun gəlmir. Deməli, Amerikada qadınlar hələ də ibtidai cinsi qabiliyyətlərinə görə mühakimə olunurlar. Beləliklə, radikal sağçılar övladı olmayan qadının ölkəni idarə etmək qabiliyyətinə malik olmadığını iddia edirlər.Demokratların fikrincə, Amerikada patriarxiya qorxmağa başlayıb. Belə ki, ABŞ-da doğu nisbəti tarixi minimuma çatıb. Belə olan məqamda siyasətçilər, şübhəsiz ki, narahatdırlar. Ancaq respublikaçılar ana olmaq istəyən qadınlara daha yaxşı tibbi xidmət və mənzil kimi planlar həyata keçirməkdənsə Kamala Harris kimi qadınlara təzyiq göstərməyi seçirlər.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər