PDF Oxu

COP29

  • 1 500

Nazir: "Azərbaycan bərpaolunan enerji imkanlarından maksimum yararlanacaq"

image

Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi” və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərini əsas götürüb. Buna görə də bərpa olunan enerji potensialını əhatə edəcək layihələr həyata keçirir.

Bü haqda COP29-da bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaların artırılmasına dair Nazirlər Dialoqunda çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, 2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5%-ə yüksəldəcək: “Bu, yalnız 30%-lik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır. Bu regional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin yaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq”.

Lalə Mehralı

Digər xəbərlər