PDF Oxu

Mədəniyyət

  • 995

Azərbaycanlı yazıçının “Abaddon” romanının Qahirədə təqdimatı olub

image

Azərbaycan yazıçısı Rövşən Abdullaoğlunun ərəb dilinə tərcümə edilərək nəşr olunmuş “Abaddon” romanının Qahirə Beynəlxalq Kitab Sərgisində təqdimatı olub. SİA xəbər verir ki, azərbaycanlı yazıçı misirli kitabsevərlərlə görüşündə romanı haqqında fikirlərini bölüşüb, ziyarətçilərin suallarını cavablandırıb. “Bu səfərim sərginin təşkilat komitəsinin dəvəti və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Bu il Misirdə daha iki kitabımın nəşri nəzərdə tutulub. Nəşriyyatın rəhbəri tərəfindən gələnilki Qahirə kitab sərgisinə dəvət aldım. Növbəti ildə burada 3 kitabımın daha geniş formatda təqdimatı nəzərdə tutulur”, - deyə yazıçı bildirib. Bundan başqa, R.Abdullaoğlu Qahirə kitab sərgisinin beynəlxalq salonunda “Hər yazıçının cavab verməkdən yorulduğu suallar” mövzusunda danışıb. O, çıxışında bütün yazıçılara ünvanlanan ümumi suallara toxunub.Qeyd edib ki, yazıçı və oxucuları birləşdirən ümumi düşüncələr, narahatlıqlar, maraqlar və dəyərlər vardır. Həmçinin, çıxışda kitabın dəyəri, sərgilərin önəmi barədə söhbət açılıb. Azərbaycanlı müəllif yazıçılıq təcrübəsini bölüşüb, ölkəmizdə kitab sənayəsindəki təcrübələri diqqətə çatdırıb, kitaba sevgini aşılamaq üçün görülən işlərdən danışıb. Tədbir iştirakçıları yazarın romanlarının süjetləri, yazı üslubu, müraciət etdiyi janrlar barədə maraqlanıblar.

Digər xəbərlər