Mədəniyyət

  • 5 768

“Metafizika” jurnalının yeni sayı (2022/2) işıq üzü görüb

image

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının sayca 18-ci nömrəsi işıq üzü görüb. Nəşrin bu sayında Azərbaycan dili ilə yanaşı başqa dillərdə də məqalələr yer alıb. Belə ki, jurnalda “Hüquq sistemlәrinin tәsnifatı”, “Androloji problemlərin yaranmasında psixoloji aspektlərin rolu”, “Seçim anlayışı, onun fərdi və ictimai cəhətləri”, “Beynəlxalq terrorizm və Azərbaycan Respublikası”, “Cinsi zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayanların məhkəmə-psixoloji ekspertizası”, “Nəhdə kontekstində İslam intellektual diskursu və müasir İslam reformizminin məsələləri”, “Argentina Respublikası Konqresinin Senatı və Deputatlar Palatasının 1915-ci ildə Türkiyədə törədilən “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi Qanunun qeyri-hüquqiliyinə dair”, “Qərb fəlsəfəsi və İslam teologiyasında şər probleminin məntiqi izahı (Qotfrid Leybnits və Fəxrəddin ər-Razinin baxışlarının müqayisəli təhlili)”, “XIX-XX əsr fəlsəfəsində tibbi etika problemləri” adlı məqalələr öz əksini tapıb. Qeyd edək ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın baş redaktoru dosent Ələddin Məlikovdur. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalələrin qəbul edildiyi jurnalda fəlsəfi, sosioloji, psixoloji, tarix, hüquq, siyasi elmlər, iqtisadiyyat, filologiya və pedaqogika tədqiqatlarına həsr edilən araşdırmalara yer verilir. Metafizika jurnalı “International Index Copernicus”, “İdeal Online”, “Ebsco”, “TEİ”, “CiteFactor”, “SID”, “Advanced Science Index”, "elibrary.ru" və digər nüfuzlu impakt faktorlu indekslərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında “Ali Attestasiya Komissiyası”nın tövsiyə etdiyi elmi nəşrlər sırasında da qeydiyyata alınıb.

Digər xəbərlər