PDF Oxu

Mədəniyyət

  • 1 764

“Fironlar ölkəsinə səyahət”– Misir mədəniyyəti uşaqların təqdimatında – FOTOLAR

image

Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Fironlar ölkəsinə səyahət” adlı tədbir keçirilib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və “Uni Kids Club”-un birlikdə təşkil etdiyi zəngin mədəniyyət proqramında Azərbaycanla Misir arasında mövcud olan tarixi dostluq əlaqələri fərqli rəqs və bədii səhnəciklər vasitəsilə nümayiş etdirilib.

Əsrlər boyu ölkələrimiz arasında mövcud olmuş tarixi əlaqələrin günümüzdə də inkişaf edən siyasi-iqtisadi, mədəni-təhsil və sair münasibətlər fonunda keçirilən tədbirdə açılış nitqi söyləyən Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri müdiri professor Tarek Məhəmməd bildirib ki, Misirin Azərbaycandakı səfirliyinin himayəsi altında təşkil olunan bugünkü tədbir iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.

Tədbirin əsas iştirakçıları olan azyaşlı uşaqların ölkələrarası mədəni əlaqələrin inkişafına böyük töhfə verdiyini vurğulayan professor Tarek Məhəmməd bütün bu işlərdə əvəzsiz rolu olan Misirin ölkəmizdəki səfiri Hişam Məhəmməd Nağı Abdel Həmidə və “Uni Kids Club”-un rəhbəri Yeganə Kələntərliyə və onun uşaqlardan ibarət komandasına minnətdarlığını bildirib.

Mədəniyyət Mərkəzinin rəhbəri deyib: “Bu gözəl uşaqların hazırladığı bir-birindən maraqlı kompozisiyalar onların Misirin bəşəri svilizasiyasına sevgi və ehtiramını göstərir və buna görə onlara təşəkkür edirəm”.

Professor Tarek Məhəmmədin çıxışından sonra səfir Hişam Məhəmməd Nağı Abdel Həmidə Mədəniyyət Mərkəzi adından xatirə hədiyyəsi təqdim olunub.

Çıxış edən səfir Hişam Məhəmməd Nağı Abdel Həmid qeyd edib ki, gələcəyimiz sayılan və Misirə böyük sevgi nümayiş etdirən uşaqların bir azdan başlayacaq təqdimatından zövq alacağına əmindir.

“Bilirsiniz, Misir Mədəniyyət Mərkəzinin fəaliyyəti dayandırılmışdı. Amma mən səfir təyin olunduqdan sonra onun yenidən açılmasına nail oldum və əlbəttə ki, Mərkəzə rəhbər də təyin edildi. Arzu edirəm ki, bu, Mədəniyyət Mərkəzinin son tədbir olmasın, bu cür proqramlar davam eləsin. Şəxsən mən bir səfir kimi burada olmaqdan çox xoşbəxtəm. Düzdür, ola bilsin bu mənim son iştirakımdır, çünki mayın 31-dı ölkəni tərk edəcəyəm”.

Səfir qeyd edib ki, ürəyincə bir ölkədə olmaq onu çox sevindirir. “Bu gün Misirlə Azərbaycan arasında çox yaxşı münsibətlər mövcuddur. Siyasi- iqtisadi, mədəniyyət, elm-təhsil – bütün sahələrdə böyük uğurlar əldə olunub. Arzum budur ki, ölkələrimiz və xalqlarımız arasında mövcud taruxu dostluq bundan sonra daha da möhkəmlənsin, inkişaf etsin”, - səfir çıxışını tamamlayıb.

“Uni Kids Club”-un rəhbəri Yegana Kələntərli çıxışında qeyd edib ki, bu günkü tədbirin mahiyyəti iki ölkə arasında dostluğu və mədəniyyələri simvolizə edir.

“Bu gün azərbaycanlı uşaqlar ölkəmizin tarix boyu sıx əlaqədə olduğu Misir mədəniyyətinə sevgisini öz çıxışları ilə nümayiş etdirəcəklər”, - o deyib.

Misirin zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarx nümayiş olunduqdan sonra “Uni Kids Club”-un balaca qəhrəmanları bir-birindən maraqlı bədii-musiqili təqdimatlarla çıxış ediblər.

Daha sonra uşaqlara təşəkkürnamələr təqdim olunub və tədbir rəsm sərgisi ilə davam edib.

Digər xəbərlər