Yazıçı-dramaturq Şəfahət Şəfi cənub bölgəsində sözün dəyərini bilən, ona böyük məsuliyyətlə yanaşan yazalardandır. Onun Cənub bölgəsinin adət-ənənələrini, ailə dəyərlərini və elçilik mərasiminin özünəməxsus xüsusiyyətlərini əks etdirən “Çinarənin elçiləri” adlı etnoqrafik səhnə əsəri tamaşaçıları xalqımızın zəngin milli-mənəvi irsi ilə tanış etmək məqsədi daşıyır. Bu günlər
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturqun adı çəkilən etnoqrafik tamaşasının premyerası baş tutub.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının (RF) Əməkdar artisti Laləzər Hüseynova, quruluşçu rəssamı Fuad Hüseynov, rejissor köməkçisi Elçin Hacıyev, musiqi tərtibatçısı isə Zəminə Əliyevadır.
Səhnə əsərində əsas rolları Aysel Babazadə,Vəfa Hacızadə,Təranə Fərəcova,Əbülfəz Axundov,Ayşən Əsədova,Aynur Əhmədova,Emin Fərzullayev,Teymur Hacızadə,Şəbnəm Hüseynova, Məleykə Cəfərova,Miraslan Ağayev,Elçin Hacıyev,Əliyar Hüseynov (Dağıstan Respublikasının (RF) Əməkdar artisti),Elvin Məmmədov və Cəfər Səlimov ifa ediblər
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Tural Əliyev,
Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi