PDF Oxu

Mədəniyyət

  • 756

Vətənə fəda olmuş sevgilər - FOTO

Vətənə fəda olmuş sevgilər - FOTO

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutan “Vətənə fəda olmuş sevgilər” adlı tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, Lənkəran şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, gənclər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirin açılışından əvvəl Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova şəhid ailələrinin üzvləri ilə görüşüblər. Söhbət zamanı onlar bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, Vətən uğrunda canlarını fəda edib tarix yazan, ölməzliyə qovuşan qəhrəman oğulların əziz xatirəsinin yaşadılması hər kəsin mənəvi borcudur, onların keçdiyi şərəfli həyat yolları gənc nəsil üçün böyük məktəbdir.
Həmçinin şəhid ailələrinin fədakarlığından, onların nümayiş etdirdikləri mətanət və qürurdan söz açıb, qəhrəmanlarımızın bizə əmanət qoyduqları dəyərlərin qorunmasının vacibliyi vurğulanıb..

Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları və idarənin könüllülərinin ifasında təqdim olunan tamaşa-kompozisiyada səhnənin arxasında işıq və kölgələrin köməyi ilə canlandırılan siluet, eləcə Vətən müdafiəçilərinin sevdikləri ilə vidalaşması, ayrılıq anlarını və geridə qoyduqları əmanətləri əks etdirən səhnələr tamaşaçılara duyğulu anlar yaşadıb. Həmçinin
proqram çərçivəsində gənclərin ifasında təqdim olunan duyğusal vals və milli rəqs nömrələri tədbirə xüsusi rəng qatıb.
Tədbirin finalında iştirakçıların Azərbaycan bayrağı ətrafında birləşməsi Vətənə sevginin, milli birliyin və Zəfər qürurunun rəmzi kimi təqdim edilib.

Tural Əliyev,

Lerik rayonu Əli Hüseynov adına Dəstər kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi

Digər xəbərlər