Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
SİA xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşılıb.
"Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq", - paylaşımda qeyd olunub.
“Milli Birlik” partiyasının lideri hakimiyyət sistemində dəyişiklik təhlükəsini görür..?