PDF Oxu

Siyasət

  • 253

Şəhidlik ən uca zirvədir... - FOTOLAR

Şəhidlik ən uca zirvədir... - FOTOLAR

Fəqət, Vətən uğrunda canını fəda edən hər bir kəs şəhiddir və əlçatmaz zirvə sahibidir. 44 günlük haqq savaşımızda minlərlə qeyrətli Azərbaycan oğlu bu müqəddəs yolu keçməli oldu. Lerik rayonunun Hovil kəndində boya-başa çatan İmaməli Elman oğlu İbrahimov da onların arasında idi. O, Vətən müharibəsi zamanı Qarabağımızın azadlığı uğrunda yağıya qarşı son nəfəsinə qədər döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Ölməzliyə qovuşan qəhrəmanın məzarı ziyarət olunub. Ziyarətdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikov, şəhidin ailə üzvləri və digər şəxslər iştirak ediblər.
Ziyarət zamanı şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Onun Vətənə sədaqəti, döyüş yolu və əzəli-əbədi yurd yerimiz Qarabağın azadlığı naminə göstərdiyi misilsiz şücaətindən söz açılıb.
Qeyd olunub ki, 44 günlük haqq savaşımızda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən tarixi Zəfər xalqımızın milli birliyinin, Ordumuzun qüdrətinin və şəhidlərin fədakarlığının nəticəsidir.
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Ən ali, şərəfli olan şəhidlik zirvəsinə ucalanlar daim qəlblərdə yaşayırlar.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər