PDF Oxu

Siyasət

  • 389

YAP Gəncə şəhər təşkilatından Zəfər Günü münasibətilə növbəti xeyirxah təşəbbüs - FOTOLAR

YAP Gəncə şəhər təşkilatından Zəfər Günü münasibətilə növbəti xeyirxah təşəbbüs - FOTOLAR

Zəfər Günü münasibətilə YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri 100-ə yaxın aztəminatlı ailəyə baş çəkib, bayram sovqatları təqdim ediblər.

YAP Gəncə şəhər təşkilatının Zəfər Günü münasibətilə keçirdiyi bu sosial təşəbbüsün əsas məqsədi bayram sevincini daha geniş insanlarla bölüşmək, aztəminatlı ailələrə mənəvi dəstək göstərmək, onlara diqqət və qayğı nümayiş etdirməkdir. Təqdim olunan sovqatlar öz maddi dəyəri ilə yanaşı, daşıdığı mənəvi məna baxımından da əhəmiyyətlidir. Çünki insanlara uzadılan yardım əli, göstərilən diqqət və səmimi münasibət cəmiyyətdə birlik və həmrəylik duyğularını gücləndirir.
Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər