PDF Oxu

Siyasət

  • 402

Zəfər tariximizin qəhrəmanlıq salnaməsi - FOTOLAR

Zəfər tariximizin qəhrəmanlıq salnaməsi - FOTOLAR

Lerik şəhəri Arif Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyində tariximizin ən şərəfli səhifəsi olan 8 Noyabr Zəfər Günü münasibətilə geniş tərkibdə tədbir keçirilib. Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anılması və Dövlət himni ilə başlanan tədbirdə məktəb-liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva çıxış edərək Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, xalqımızın milli birliyindən, dövlətimizin qüdrətindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Qələbənin əhəmiyyətindən danışıb.
Çıxışında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz birliyini və milli iradəsini bütün dünyaya göstərdiyini bildirən Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov onu da qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad olunaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
Tədbirdə çıxış edən digər qonaqlar da 44 günlük haqq savaşımızda Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, Vətən şəhidlərinin müqəddəs amalından və döyüş meydanında qazilərin şücaətindən söz açıb, Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını deyiblər.
Çıxışlar başa çatdıqdan sonra tədbir bayram ovqatı ilə davam edib. Şagirdlərin ifasında tədbir iştirakçılarına gözəl anlar, xoş duyğular yaşadan, Zəfər tariximizin qəhrəmanlıq salnaməsini bir daha xatırlayan ədəbi-bədii kompozisiya nümayiş olunub.
Məlumat üçün bildirək ki, tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi veteranları, eləcə də Lerik rayonunda fəaliyyət göstərən idarə və təşkilatların məsul şəxsləri iştirak ediblər.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi
.

Digər xəbərlər