PDF Oxu

Siyasət

  • 369

Tərtərdə Şəhidlər Abidə Kompleksi ziyarət edilib - FOTOLAR

Tərtərdə Şəhidlər Abidə Kompleksi ziyarət edilib - FOTOLAR

8 Noyabr Zəfər Gününün altıncı ildönümü münasibəti ilə Tərtər rayonunda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, eləcədə rayon sakinləri Şəhidlər Abidə Kompleksini ziyarət edib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları , Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov , Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirovla birlikdə əvvəlcə Mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edib, abidənin önünə gül dəstələri düzüb daha sonra şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları ilə birlikdə Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Digər xəbərlər