PDF Oxu

Siyasət

  • 292

Üçrəngli bayrağımızın şanlı tarixi - ŞƏRH

Üçrəngli bayrağımızın şanlı tarixi - ŞƏRH

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir!

Vahid ərazinin müstəqil dövlət olmasını təsdiq edən bir neçə dövlət rəmizləri vardır ki,onlardan biri və birincisi Dövlət Bayrağıdır. Hər bir xalqın ən böyük arzusu müstəqil dövlətə sahib olmaqdır.Xalqımızın Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir.Ona görədə də dövlət müstəqilliyini təsdiq edən Dövlət Bayrağı müqəddəsdir,hər şeydən ucadır.
Böyük dövlətçilik tarixi olan xalqımı müxtəlif dövürlərdə ,ayrı-ayrı adlar altında müstəqil dövlətlər və hətta imperiyalar qurmuşdur. Dövlət Bayrağı Müzeyində müxtəlif adlar altında mövcud olmuş milli dövlətlərimizin bayraqları bu gün də qorunub saxlanmaqdadır. Bayraq dövlətimizin rəmzi,müstəqliyyimizin ,suverenliyimizin,milli kimliyimizin təcəsümüdür.
Müsair müstəqil Azərbaycan Respubilkasının üç rəngli bayrağı 09 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə qəbul edilmişdir.Mövcud bayrağın ideya müəllifi böyük Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir .Dövlət Bayrağının üzərində olan üç rəng XX əsrin əvvələrindəki milli istiqlal ideologiyasının təməl prinsiplərini əks etdirir. Mavi rəng –milli kimliyimizi(yəni türkçülüyü),qırmızı rəng-müasirliyi, yaşıl rəng –islamçılığı özündə ehtiva edir .Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə müstəqilyimizin rəmzi olan üç rəngli ,ay-ulduzlu Dövlət Bayrağımız endirildi.Lakin tarixin səhnəsindən silinmədi.Nəsildən-nəsilə ötürüldü .Ayrı-ayrı insanlar bu bayrağı evinin ən dəyərli əşyası kimi qoruyub saxladı və məqamı yetişəndə üç rəngli bayrağımız azadlıq simvoluna çevrildi,meydanlara gətirildi,xalqımızın başı üzərində yenidən dalğalandırıldı.
Həyatının bütün mərhələlərində Azərbaycanınfəaliyyətini dövlət müstəqilliyinə sahib olmasına həsr etmiş Ulu Öndər Heydər Əliyev üç rəngli, ay- ulduzlu bayrağımızın dövlət Bayrağı səviyyəsinə yüksəldilməsində də ilkə imza atdı.Məhz Ulu Öndər Heydər Əliyevin təşəbüsü ilə 17 noyabr 1990-cı ildə üç rəngli,ay-ulduzlu bayrağımız Naxcıvan Muxtar Respubilkasının Ali Məclisinə gətirildi və Dövlət Bayrağı elan edildi. Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi.
Keçmiş iqtidarın yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinə təhlülkə yarandığından Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müstəqil dövlətin qanunvericilik bazasını yaratmaq məqsədi ilə ümumxalq səsverməsi (referendum)keçirilərək ilk Konstitusiya qəbul edildi və Dövlət Bayrağı haqqında müddə Konstitusiyada öz əksini tapdı.
Bu gün Azərbaycan Dövlət Bayrağı Azərbaycan üzvü olduğu bir çox nüfuzlu beynəlxalq təşkilatların önündə dalğalanaraq varlığımızı, gücümüzü, müstəqilliyimizi, suverenliyimizi və milli kimliyimizi bütün dünyaya nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman dövlət bayrağımıza böyük diqqət və sevgi ilə yanaşıb. Cənab Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür.. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.Dövlət Bayrağı Vətən kəlməsinin maddi formada ifadəçisidir.Yetişməkdə olan yeni nəsilin Vətənə sevgi ruhunda tərbiyyə edilməsi üçün cənab Prezident İlham Əliyevin tapşırığı ilə Respubilkanın bütün şəhər və rayonlarında Bayraq Meydanları inşa edilmişdir.Bu ruhda tərbiyə olunan Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində dünyaya örnək ola biləcək şücayət göstərdi,torpaqlarımızı yağı düşməndən azad edərək qürur mənbəyimiz,müstəqillinin simvolumuz olan üç rəngli Dövlət Bayrağımızı işğaldan azad edilmiş ərazilərimizdə ucaltdı.Əminliklə deyə bilərik ki.bundan sonra heç bir qüvvə Dövlət Bayrağımızı sancıldığı zirvədən endirə bilməz.
Vətən torpağını dövlət edən müqəddəs Bayrağımız yolunda canlarından keçmiş şəhidlərimizi hörmətlə yad edir,əbədiyaşar ruhları qarşısında baş əyirəm.
Zirvələrdən heç vaxt enmə,ey üç rəngli Dövlət Bayrağımız!

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər