PDF Oxu

Mədəniyyət

  • 840

“Üzeyir Hacıbəyli – Azərbaycan musiqi mədəniyyətinin əbədi zirvəsi” - FOTOLAR

image

Bu başlıqlı tədbir Lerik Rayon Heydər Əliyev Mərkəzində baş tutub. Rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycanının görkəmli bəstəkarı, musiqişünas, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü münasibətilə keçirilən tədbirdə mədəniyyət işçiləri, ziyalılar, eləcə rayonda fəaliyyət göstərən Peşə məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycan professional musiqisinin və milli operanın inkişafında oynadığı mühüm roldan danışılıb, onun yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin inkişafında yeni mərhələnin əsasını qoyulduğu deyilib, eləcə “Leyli və Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan”, “O olmasın, bu olsun” və digər əsərləri haqqında məlumat verilib, onun milli musiqi irsinin qorunması və inkişafında xidmətləri diqqətə çatdırılıb. O da vurğulanıb ki, Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsi Azərbaycan xalqının milli-mədəni sərvətinin ayrılmaz hissəsidir və onun əsərləri bu gün də böyük sevgi və rəğbətlə qarşılanır.
Tədbir çərçivəsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş kitab sərgisi təşkil olunub. Sərgidə dahi bəstəkarın əsərləri, həyat və yaradıcılığından bəhs edən kitablar, yaradıcılıq irsini əks etdirən müxtəlif nəşrlər nümayiş etdirilib. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər