Görkəmli bəstəkar, orqan ifaçısı, əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. SİA xəbər verir ki, musiqiçi uzunsürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib.
Arif Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb.
Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasının nadir sintezini yaradan Arif Mirzəyev "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülüb.
Mətləb