PDF Oxu

İqtisadiyyat

  • 4 340

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

image

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək. SİA xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Şanxay sərgisində 152 ölkə və beynəlxalq təşkilatdan təxminən 3500 iştirakçı, o cümlədən "Global Fortune 500" siyahısından 297 şirkət qatılacaq. Sərginin gedişində yüzlərlə məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçısı kimi builki sərgidə də təmsil olunacaq. Milli pavilyonda ixracyönümlü məhsullarımız təqdim ediləcək, Azərbaycanın iqtisadi potensialı, turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində qazanılan nailiyyətləri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri haqqında materiallar nümayiş olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. İndiyədək keçirilmiş 6 sərgidə 420 milyard ABŞ dolları dəyərində müqavilə və sazişlər imzalanıb.

Digər xəbərlər

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...