İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ilə görüşüb. SİA-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə qarşılıqlı iqtisadi münasibətlərin uğurla inkişaf etdiyi və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib.
İqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması məqsədilə birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb. Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun gündəliyindəki məsələlər müzakirə edilib.
Tərəflər ticarət, investisiya və energetika sahələrində tərəfdaşlığın genişləndirilməsi, enerji keçidi və yaşıl enerji sektorlarında texnologiya və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar. Əməkdaşlıq potensialının reallaşdırılmasının ölkələrimizin iqtisadi inkişafı üçün geniş perspektivlər vəd etdiyi vurğulanıb.
Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...
Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...