Ticarət naziri Ömər Bolat Türkiyənin xarici investisiyalar üçün eynilə investisiya və etibarlı ticarət bazasına çevrildiyini bildirib.
Ticarət naziri Ömər Bolat Türkiyənin xarici investisiyalar üçün eynilə investisiya və etibarlı ticarət bazasına çevrildiyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Nazir Bolat İstanbulda Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkil etdiyi 28-ci Beynəlxalq Biznes Forumunda iştirak edib.
"Covid-19" pandemiyası, Rusiya-Ukrayna müharibəsi və regionlardakı gərginliyin hələlik dünya iqtisadiyyatı və ticarəti ilə bağlı həddən artıq optimist olmağa mane olduğunu vurğulayan nazir Bolat "Türkiyə olaraq baxdığımızda son 22 ildə 5,4 faiz artım tempi əldə etdik. 22 il əvvəl 230 milyard dollarlıq bir iqtisadiyyat olduğumuz halda, indi 1,2 trilyon dollarlıq bir iqtisadiyyata çatmaqdan qürur duyuruq" deyib.
İştirakçılara mal və xidmət ixracatındakı artımlar, xarici ticarətdəki azalmalar və cari kəsir haqqında məlumat verən Bolat bildirib ki, Türkiyə buna siyasi sabitliyi qoruyub saxlamaqla, iqtisadiyyatda aparılan islahatlarla, infrastruktur, nəqliyyat, enerji, sağlamlıq, təhsil və müdafiə sahəsində çox çalışaraq müvəffəqiyyət qazandı.
Türkiyənin geosiyasi üstünlüklərinə işarə edən nazir Ö.Bolat Türkiyənin xarici investisiyalar üçün eynilə investisiya və etibarlı ticarət bazasına çevrildiyini bildirib.
Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...
Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...