"İkitərəfli işgüzar münasibətlərin genişləndərilməsi, eləcə də azərbaycanlı sahibkarlarla birbaşa ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlıyıq". SİA xəbər verir ki, bu barədə Kolumbiyanın Tunxa Ticarət Palatasının sədri Con Martines qamətgahı Mexiko şəhərində olmaqla, Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbovla görüşündə deyib. Yerli şirkətlər və iş adamları tərəfindən istehsal edilən məhsullar, onların keyfiyyət göstəriciləri, o cümlədən ixrac potensialı barədə ətraflı məlumat verilib, vizual təqdimatlar keçirilib. Həmçinin tədbir zamanı şəhərdə yaradılmış Azad İqtisadi Zonanın və Aqroparkın fəaliyyətindən bəhs edilib, ixracyönümlü aqrar istehsal məhsulları – qəhvə, müxtəlif növ güllər, orqanik sertifikatlı quru və konservləşdirilmiş meyvələr, spirtli içkilər və s. nümayiş etdirilib.
Səfir M.Talıbov iki ölkə arasında ticari-iqtisadi əlaqlərin və investisiya tərəfdaşlığının inkişafı üçün geniş potensial olduğunu vurğulayıb. Ölkəmizdə son illərdə aqrar sektorda, qeyri-neft sənayesində istehsal və ixrac imkanlarının əhəmiyyətli dərəcədə artıdığını qeyd edən diplomat Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, tranzit və nəqliyyat-logistika imkanları, bu kontekstdə Azərbaycanın geosiyasi mövqeyinin təqdim etdiyi əlavə üstünlüklər, eləcə də Ələt Azad İqtisadi Zonasının azad ticarət imkanları barədə ətraflı məlumat verib.
Tədbir ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirələrlə davam edib.
Büdcə kəsiri 2025-ci ildəkindən təxminən iki dəfə çox ola bilər...
Asiyanın bütün ən böyük iqtisadiyyatları mayeləşdirilmiş təbii qaz idxalını artırıb...
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...