Fevralın 14-də, saat 11:00-da ləğv prosesində olan "Bakı Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. SİA xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, "Bakı Sığorta" 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (79,42 %), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və "Ekolizinq" MMC-dir (6,68%). Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabr ayında onun lisenziyasını ləğv edib. Qurumun İdarə Heyətinin qərarı ilə "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv olunub.
Nabiullina Rusiyadakı iqtisadi çətinliklər fonunda faiz dərəcəsini endirdi...
Rusiya Maliyyə Nazirliyi borc almamaq qərarına gəlib…
Rusiyada yanacaq böhranı tarlalara çatıb və buğda məhsulunu təhdid edir...
Rusiyada yanacaq böhranı nəzarətdən çıxır...