Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,23ABŞ dolları, yaxud 1,6 % artaraq 78,15 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 74,66 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Poizon bazarı Rusiya Federasiyasına gəlir…
Yüzlərlə mütəxəssis itkin düşüb...
İstehsal, ixrac azalır, neft emalı zavodları yanır...
İqtisadçı Rusiyanın ən zəif halqasını adlandırdı...
Yerli şirkət Sankt-Peterburqda 30.000 ton dənəvər kalium xlorid yükləyib...