"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə ümumi gəlirinin 45,935 milyardABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır. SİA "Fitch"ə istinadən xəbər verir ki, SOCAR-ın vergi, faiz, amortizasiyadan öncəki əməliyyat mənfəətinin (EBITDA) 3,317 milyardABŞ dolları səviyyəsində olacağı gözlənilir.
"Neft və qazın əlverişli qiymətləri SOCAR-ın maliyyə göstəricilərini gücləndirib", - "Fitch" qeyd edir.
Agentliyin qiymətləndirməsinə görə, şirkətin 2024-cü il üçün gəliri 50,61 milyard ABŞ dolları, əməliyyat EBITDA-sı isə 3,535 milyard ABŞ dolları təşkil edəcək.
Həmçinin EBITDA üzrə rentabelliyin (çıxılmalardan əvvəlki mənfəətin gəlirə nisbəti) 2024-cü ildəki 7 %-dən 2025-ci ildə 7,2 %-ə yüksələcəyi gözlənilir.
Qeyd olunur ki, SOCAR Mərkəzi Asiyadan olan rəqibləri ("KazMunayQaz" və "Özbəkneftqaz" – red.) ilə müqayisədə daha yüksək rentabellik nümayiş etdirir və bu, ticarət əməliyyatlarının əhəmiyyətli həcmi ilə bağlıdır.
Poizon bazarı Rusiya Federasiyasına gəlir…
Yüzlərlə mütəxəssis itkin düşüb...
İstehsal, ixrac azalır, neft emalı zavodları yanır...
İqtisadçı Rusiyanın ən zəif halqasını adlandırdı...
Yerli şirkət Sankt-Peterburqda 30.000 ton dənəvər kalium xlorid yükləyib...