PDF Oxu

İqtisadiyyat

  • 2 864

Dövlət Neft Fondu İtaliyanın dəmir yolu operatorundan pay alıb

image

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın "BlackRock" şirkətinin tərkibinə daxil olan "Global Infrastructure Partners (GIP)" tərəfindən idarə olunan investisiya fonduna qoşularaq İtaliyanın aparıcı yüksəksürətli dəmir yolu operatoru "Italo–Nuovo Trasporto Viaggiatori S.p.A (Italo)"ya 34,5 milyon avro məbləğində sərmayə yatırıb.

SİA Fondun yaydığı məlumata istinadən xəbər verir ki, 2024-cü ildə qlobal konteyner daşımaları sahəsində fəaliyyət göstərən MSC şirkəti "Italo"nun təxminən 50 faizlik səhmlərini GIP-dən əldə edib. Qalan 50 faizlik pay isə GIP, müştərək investorlar və GIP tərəfindən idarə olunan ARDNF-in də daxil olduğu fondlara məxsusdur.

Yüksək əməliyyat göstəriciləri ilə səciyyələnən "Italo" dayanıqlı mobillik həllərinə artan tələbat fonunda böyük artım potensialına malikdir. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-in investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Qeyd edək ki, 2012-ci ildə yaradılmış "Italo" İtaliyada ilk özəl yüksəksürətli sərnişin dəmir yolu operatoru kimi sektorda qabaqcıl şirkətlərdən biridir. Şirkət saatda 360 kilometrə qədər sürət yığa bilən "25 AGV 575" və "26 Italo EVO" qatarlarından ibarət parkı ilə Milan-Roma dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.

Digər xəbərlər

Kuba iqtisadiyyatı çökmək üzrədir...

Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...