PDF Oxu

İqtisadiyyat

  • 3 335

Azərbaycan və Çin əməkdaşlığı dərinləşdirə bilər

image

Azərbaycan və Çin arasında bank sektorunda institusional əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.Məlumata görə, qurumun sədri Taleh Kazımov "AlUlaCEME2025" konfransı çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşin ilə görüş keçirib. Görüşdə mərkəzi bankların monetar siyasət sahəsində həyata keçirdiyi islahatlar, rəqəmsal valyutaların və maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb, qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, bu çərçivədə bilik və təcrübə mübadilələrinin təşkili məsələləri müzakirə olunub.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...