PDF Oxu

İqtisadiyyat

  • 3 334

“Parağaçay” filiz yataqlarında qiymətləndirmə işləri həyata keçirilir

image

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra işlər həyata keçirilir.

SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, faydalı qazıntı yataqlarına beynəlxalq qiymətləndiricilər tərəfindən ilk dəfə olaraq rəy verilməsi və bu sahədə geoloji-kəşfiyyat işlərinin aparılması məqsədilə Türkiyənin Maden Tetkik və Genel Arama Müdürlüyü (MTA) ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bağlanan müqaviləyə uyğun olaraq, fərqli sahələr üzrə ixtisaslaşmış mütəxəssislər beynəlxalq qiymətləndirmə işləri ilə bağlı Naxçıvana ezam olunublar. Beynəlxalq qiymətləndirmə işləri "Gümüşlü", "Qapıcıq" və "Parağaçay" filiz yataqlarında həyata keçirilir.

Qeyd edək ki, MTA-nın mütəxəssisləri Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri ilə birlikdə qarşıda duran məsələlər, Agentliyin laboratoriyasında Türkiyədən gəlmiş laborantlarla geoloji sınaqların təhlil edilməsi, laborator analizlərin daha mötəbər aparılması istiqamətində işləri icra edirlər. Mütəxəssislər tərəfindən kameral mərhələdə xəritələr üzərində müzakirələr aparıldıqdan sonra "Gümüşlü" yatağında ilkin çöl işlərinə başlanılıb. Çöl işlərinin ilkin mərhələsində qazılacaq buruq quyularının yeri müəyyənləşdiriləcək, xəritəalma işlərinin aparılmasına dair istiqamət müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, beynəlxalq və yerli təcrübələrdə filiz yataqları üzrə geoloji-kəşfiyyat işlərindən sonra beynəlxalq qiymətləndirici təşkilatlar tərəfindən ekspert rəyi alınır və bu rəy əsasında faydalı qazıntı yatağının ehtiyatları müvafiq kateqoriyalarla kondisiyaların tələblərinə uyğun təsdiqlənir. Rəydə gələcəkdə daha mötəbər, müasir tələblərin dəyişməsi ilə əlaqədar dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması istiqamətində tövsiyələrin verilməsi, ehtiyatı iqtisadi cəhətdən səmərəli hesab edilən yataqlar üzrə istismara dair məsləhətlərin verilməsi məsələləri qeyd olunur. Bu layihənin icrası Naxçıvan Muxtar Respublikasında dağ-mədən sənayesinin inkişafına, yeni iş yerlərinin yaradılmasına, nəticədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və rezervlərin artmasına töhfə verəcək.

Digər xəbərlər

Kuba iqtisadiyyatı çökmək üzrədir...

Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...