PDF Oxu

İqtisadiyyat

  • 4 850

“İslam Sığortası – Təkaful” FOTOLAR

“İslam Sığortası – Təkaful” FOTOLAR

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER), Türkiyə İslam Sığortaçılığı Dərnəyinin (KATSİDER) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə tərəfdaşlığı və Alizadeh şirkətinin təşkilati dəstəyi ilə “İslam Sığortası – Təkaful” mövzusunda sertifikatlı təlim proqramı keçirilib.

ASA-nın icraçı direktoru Elmar Mirsalayevin, SER-in sədri i.f.d. Ruslan Atakişiyevin və Alizadeh şirkətinin direktoru Kazım Mustafazadənin açılış nitqlərindın sonra söz Türkiyədən dəvət olunmuş Türkiyənin ilk İslam sığortası şirkəti olan Neova Sığortanın həmtəsisçisi Dr. Yunus Emre Gürbüzə verildi.

Dr. Y.E. Gürbüz “İslam sığortası – Təkafulun mahiyyəti, dövlət nəzarəti və tənzimlənməsi, şəriətə uyğunluğun idarə olunması kimi mözularda çıxış edib. Bundan sonra O, Türkiyə timsalında həyat və qeyri-həyat sığorta, həyat təqaüd, təkrar sığorta məhsul istiqamətlərindən danışdı. O, bildirdi ki, Türkiyə İslam sığorta bazarında İslam sığorta şirkətlərinin sayı artıq 15-ə yaxın, onların payı isə 7%-ə çatmışdır. Əsas məhsullar içərisində Kasko, Qəza, kənd təsərrüfatı, yanğın, təbii fəlakət sığortaları olmuşdur. Neova, Bərəkət, Unico, Doğal və s. İslam sığorta şirkətlərindən praktiki misallar gətirmişdir.

Təlimdə Azərbaycan Mərkəzi Bankının əməkdaşları, Qala sığorta, Azərbaycan Sənaye sığortası, Atəşgah sığorta, ATB bankın nümayəndələri, sahibkarlar və elmi işcilər iştirak edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.

Digər xəbərlər

Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...
Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...

ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...

Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir
Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir

... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir
Rusiya bankları maliyyə “bombası”nın üzərindədir

Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır
Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır

Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...