Azərbaycanda bayram günlərində, martın 19-31-də Bakıdan bölgələrə və əks istiqamətə 130 000-ə yaxın sərnişin daşınıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gücləndirilmiş iş rejimi ərzində paytaxtdan bölgələrə və əks istiqamətə 7 386 reys həyata keçirilib, 130 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 300-dən çox reys həyata keçirilib. Biletlər avtovağzalın kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.
Qeyd edək ki, martın 19-20-də sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 25-30 % təşkil edib.