PDF Oxu

İqtisadiyyat

  • 2 798

Əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

image

Azərbaycan və Qazaxıstan arasında maliyyə sektorunda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.Məlumata görə, Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub. Səfər zamanı AMB-nin sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.Görüşdə AMB-nin həyata keçirdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” və onun çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumatı Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırıb.Görüş zamanı Qazaxıstan agentliyinin sədri maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində ölkəsinin təcrübəsi haqqında ətraflı məlumat verilib. Həmçinin Qazaxıstanda rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr və bu istiqamətdə görülən işlərə dair təqdimat keçirilib.Görüş qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları və ikitərəfli maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...