Bu ilin aprelin 1-nə Azərbaycanda 1 614 737 vergi ödəyicisi olub. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5 % çoxdur.Vergi ödəyicilərinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,6 %, hüquqi şəxslərin sayı 7,6 % artıb.Martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 8,2 % artaraq 193 780 vahid təşkil edib.Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.Təkcə bu ilin I rübündə 3 479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 %-i yerli investisiyalı, 11 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 86 %-i elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 97 % təşkil edib.
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...