PDF Oxu

İqtisadiyyat

  • 4 385

Azərbaycan və İsveçrə bank sektorunda açıq bazar əməliyyatlarını müzakirə edib

image

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (SNB) arasında açıq bazar əməliyyatlarını müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, qurumun əməkdaşlarının SNB-yə təcrübə mübadiləsi səfəri baş tutub. Səfərin məqsədi müxtəlif pul siyasəti strategiyalarını, pul siyasətinin təhlili və proqnozlaşdırma təcrübəsini müzakirə etmək, həmçinin monetar əməliyyatlarla bağlı fikir mübadiləsi aparmaq olub.Səfər çərçivəsində AMB və SNB nümayəndələri arasında keçirilən görüşlərdə qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişiklər şəraitində pul siyasətinin effektiv həyata keçirilməsində tarazlı real faiz dərəcəsinin əhəmiyyəti və onun maliyyə sabitliyinə təsirləri məsələləri müzakirə edilib, SNB-nin təhlil-proqnozlaşdırma sistemi, model portfeli, statistik bazadan istifadə, həmçinin İMB-nin pul siyasəti qərarlarının icrası, faiz dərəcələrinin tənzimlənməsi, daimi imkan və açıq bazar əməliyyatları kimi mühüm istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.Növbəti dövrlərdə qeyd olunan istiqamətlər üzrə tərəflər arasında müzakirələrin davam etdirilməsi planlaşdırılır.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...