2024-cü ildə Azərbaycanda təkrarsığorta haqları 2023-cü illə müqayisədə 16 % (21 milyon manat) artaraq 154 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.Sənədə əsasən, təkrarsığorta haqlarının (TSH) ümumi sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır: "Ötən il bu göstərici 11 % olub. Təkrarsığorta haqlarının 3 %-i (5 milyon manat) həyat sığortası siniflərinin, 97 %-i isə (149 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşüb. Həyat sığorta sahəsi üzrə təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə ümumi sığorta haqlarının 1 %-ni, qeyri-həyat sığortası üzrə təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə ümumi sığorta haqlarının 24 %-ni təşkil edib".
Almaniyada işgüzar əhval-ruhiyyə indeksi ardıcıl altıncı aydır artır...
Çin şirkətinin çıxış xəbəri ölkədəki ən böyük taksi sifariş xidmətlərindən biri olan Yandex Go-nun işində genişmiqyaslı nasazlıq yaradıb...