Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.SİA-nın məlumatına görə, Ali Məclisin mətbuat xidmətindən bildirilib ki, komitə sədri Emin Şıxəliyev gündəlikdə duran məsələni - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatını diqqətə çatdırıb.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Qanunvericilik və proqramların icrasına nəzarət şöbəsinin müdiri Zakir Məmmədov və İqtisadiyyat şöbəsinin əməkdaşı Elnur Əliyev hesabat layihəsi haqqında məlumat veriblər.Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra İqtisadi siyasət komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” irad və təkliflər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub.
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...