Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub. Bu barədə SİA-ya Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev məlumat verib.Onun sözlərinə görə, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir.Ə.Əliyev qeyd edib ki, intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir.O əlavə edib ki, hazırda Agentliyin mütəxəssisləri aidiyyəti qurumlarla proseslərin inkişaf dinamikasını qiymətləndirir.
Almaniyada işgüzar əhval-ruhiyyə indeksi ardıcıl altıncı aydır artır...
Çin şirkətinin çıxış xəbəri ölkədəki ən böyük taksi sifariş xidmətlərindən biri olan Yandex Go-nun işində genişmiqyaslı nasazlıq yaradıb...