PDF Oxu

İqtisadiyyat

  • 4 985

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırılır

image

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mühasibat uçotu haqqında" qanuna edilən dəyişikliklərdə əksini tapıb.

Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma "Elektron imza və elektron sənəd haqqında" qanuna uyğun olaraq təqdim etməlidirlər.

Qanun həmçinin "e-mühasibat" informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir:
- Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması;
- Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram təminatlarına və maarifləndirici materiallara çıxış.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...