PDF Oxu

İqtisadiyyat

  • 4 029

"Dövlət qurumlarının fiskal məsuliyyəti lazımi səviyyədə deyil" - Vüqar Gülməmmədov

image

Fiskal intizamın gücləndirilməsi ali audit orqanlarının fəaliyyətində əsas prioritetlərdən biridir. SİA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.“Bu hədəfə çatmaq üçün kənar dövlət maliyyə nəzarəti tədbirləri və büdcələrə təqdim olunan rəy vasitəsilə fasiləsiz fəaliyyət göstəririk. Lakin aparılan institusional dəyişikliklərə və nəzarət orqanlarının davamlı işinə baxmayaraq, dövlət qurumlarında fiskal məsuliyyətin hələ də lazımi səviyyədə artmadığı müşahidə olunur”, – deyə o bildirib.Palata sədri qeyd edib ki, bu vəziyyət bir sıra amillərlə, o cümlədən dövlət vəsaitlərindən istifadə zamanı məsuliyyət bölgüsünün düzgün aparılmaması, daxili nəzarət mexanizmlərindəki boşluqlar və intizam risklərinin yetərincə qiymətləndirilməməsi ilə bağlıdır.“Qeyd edilən çatışmazlıqların aradan qaldırılması dövlətin maliyyə resurslarının daha səmərəli və rasional istifadəsinə şərait yaradacaq”, - deyə o əlavə edib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...