PDF Oxu

İqtisadiyyat

  • 3 865

Naxçıvanda rəqəmsal radio yayımına keçirilməsi məsələsi müzakirə olunub

image

Audiovizual Şuranın nümayəndə heyəti Naxçıvandakı televiziya və radio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq-ölçmə işləri aparıb, bir sıra görüşlər keçirib. Bu barədə SİA-ya Audiovizual Şuradan məlumat verilib.Bildirilib ki, Audiovizual Şuranın nümayəndələrinin Naxçıvana səfəri çərçivəsində "Naxçıvan TV" və "Naxçıvan Radiosu" proqramlarının hazırlanması, yayıma buraxılması, prosesə texniki nəzarət, materialların saxlanılması ilə bağlı geniş məlumat verilib.Daha sonra nümayəndə heyəti Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzində olub. Televiziya və radio yayımının keyfiyyətinin ölçülməsi, radioverici mərkəzin təhcizatı və avadanlıqların parametrlərinə baxış keçirilib. Baxış müddətində ərazidə TV və radio yayım keyfiyyəti öyrənilib eləcə də “DAB+” standartlı rəqəmsal radio yayımına keçilməsi imkanları nəzərdən keçirilib.Eyni zamanda radio-televiziya yayım stansiyalarında istismar olunan televiziya və radio vericiləri, onların sayı, tipi və əsas parametrləri (nominal gücü, hazırda hasil etdiyi güc, TV yayım kanalı, yayım radiotezliyi, antenaların tipi, kombayner və ya çıxış süzgəcinin olub-olmaması) haqqında məlumatlar toplanılıb, müvafiq ölçmə işləri aparılıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...