PDF Oxu

İqtisadiyyat

  • 4 103

Azərbaycan fermerlərinə subsidiya ödənişi artıb

image

2023-cü ildə Azərbaycanda 387 340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380 704 fermerə 362,5 milyon manat subsidiya ödənilib. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişaf Forumunda bildirib."Bu, sadəcə rəqəm deyil, kənd həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir. Dövlətin həyata keçirdiyi subsidiya siyasəti çərçivəsində fermerlərə göstərilən dəstək davamlı və sistemli şəkildə icra olunur. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir.Fermerlərin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlət onların yanındadır. Ötən il 6 477 texnika üçün 83,9 milyon manat, bu il isə 9 107 texnika üçün 80,8 milyon manat güzəşt vəsaiti ayrılıb. Həmçinin 2024-cü ildə 5 830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir”, - deyə o qeyd edib.M. Məmmədov əlavə edib ki, forumda təqdim olunacaq mövzular – yaşıl maliyyələşmə, aqro-maliyyələşmə həlləri, rəqəmsallaşma və dayanıqlılıq mexanizmləri – ölkənin aqrar siyasətinin gələcək istiqamətlərini müəyyən edəcək."Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bütün subyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklara qədər hamısını dəstəkləmək ölkənin strateji prioritetidir. “Biz fermerin yanında olmaqla, əslində, dövlətin iqtisadi təməlini möhkəmləndiririk. Çünki kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyi deyil, həm də məşğulluq, sosial stabillik və ixrac potensialıdır”, – nazir vurğulayıb.O, qeyd edib ki, aqrar sektorda əldə olunan uğurlar Prezident İlham Əliyevin göstərdiyi siyasi iradə, islahatlar və sahəyə ayrılmış diqqətin nəticəsidir: “Lakin bu yolun davamı üçün fermerlərimizin, sahibkarlarımızın və bütün sektor iştirakçılarının birgə əməkdaşlığı və təşəbbüskarlığı çox əhəmiyyətlidir”.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...