PDF Oxu

İqtisadiyyat

  • 5 318

Azərbaycan nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumda iştirak edib

image

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti “Rusiya-İslam dünyası: Kazan Forum-2025” XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, builki forum “Rəqəmsallaşma: yeni reallıq və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar” mövzusuna həsr olunub. Kazan Forumunun müxtəlif platformalarında beynəlxalq tərəfdaşlıq, maliyyə və investisiyalar, nəqliyyat logistikası, turizm, təhsil, tibb sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.Azərbaycan Baş nazirinin müavini plenar iclasda iştirak edib və Azərbaycanda rəqəmsallaşmanın inkişafı, ölkədə bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.Səfər çərçivəsində Şahin Mustafayev yüksəkvəzifəli rəsmi şəxslərlə bir sıra ikitərəfli görüşlər keçirib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev, həmçinin “DP World” şirkətlər qrupunun sədri və baş icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə danışıqlar aparılıb.Görüşlərdə ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivləri, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Ticarət, investisiya və rəqəmsal texnologiyalar sahələrində birgə təşəbbüslərə xüsusi diqqət yetirilib.Nümayəndə heyəti Forum çərçivəsində məhsul və xidmətlər sahəsində milli nailiyyətlərin nümayiş etdirildiyi “Russia Halal Expo” beynəlxalq sərgisində təqdim olunan Azərbaycan stendinə də baş çəkib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...