PDF Oxu

İqtisadiyyat

  • 4 815

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başlayıb

image

Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilir.

SİA xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən rəsmi şəxslər iştirak edir.Tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır.AQEM-in Biznes Şurasının Plenar İclasında KOB-ların inkişafını təşviq edən əsas məsələlər – KOB-ların rəqəmsallaşdırılması, sənaye əməkdaşlığı, qadın sahibkarlığı, “ağıllı şəhər” təşəbbüsləri və yaşıl transformasiya kimi mövzular üzrə müzakirələr aparılacaq.İclasda AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edəcək.Sonra AQEM-ə üzv dövlətlərin sənaye və ticarət palatalarının, investisiyaların təşviqi agentliklərinin, sahibkarlıqla bağlı təşkilatlarının nümayəndələri tərəfindən təqdimatlar keçiriləcək.İclasda həmçinin AQEM çərçivəsində qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər və təşəbbüslərə, eləcə də AQEM-in Biznes Şurasının 2026-cı ildə keçiriləcək 9-cu Plenar İclasına dair fikir mübadiləsi aparılacaq.Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik KOBİA tərəfindən həyata keçirilir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...