PDF Oxu

İqtisadiyyat

  • 3 780

Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuzun altı kəndi ilə birləşdirən yollar əsaslı təmir olunacaq

image

Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz rayonunun altı kəndi ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Qaraməryəm-İsmayıllı-Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...