PDF Oxu

İqtisadiyyat

  • 4 377

Maldiv nazir müavini: Hazırda enerji çağırışları ilə qarşı-qarşıyayıq

image

Hazırda enerji çağırışları ilə qarşı-qarşıyayıq. Maldiv güclü, təhlükəsiz enerji gələcəyi uğrunda mübarizə aparır. SİA xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Maldiv Respublikası turizm və ətraf mühit nazirinin müavini Hüseyn Aqil Nasir deyib.“Biz və bizim kimi ölkələr iqlim dəyişikliyinin təsirlərini dərindən hiss edirik. Enerji sektoru idxal edilən dizeldən çox asılıdır. Bu asılılığı azaltmaq üçün bərpaolunan enerjinin payının artırmağa çalışırıq. Təbii ki, burada partnyorluq və güclü enerji infrastrukturunun yaradılması çox vacibdir. Biz, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsi, milli infrastrukturun artırılması, regional enerji bazalarının gücləndirilməsi üçün çalışırıq. Eyni zamanda, partnyor ölkələrdən dəstək gözləyirik. Birgə investisiyanın qoyulması, stabil enerjinin qurulmasına dəstəyə ehtiyac var. Maldiv beynəlxalq partnyorluğa mühüm əhəmiyyət verir. Gəlin, birlikdə dayanıqlı, təhlükəsiz və inklüziv enerji uğrunda çalışaq”, - deyə nazir müavini qeyd edib.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...