PDF Oxu

İqtisadiyyat

  • 5 621

Seulda “Ümumdünya Ətraf Mühit Günü” başlayıb

image

Cənubi Koreyanın paytaxtı Seulda "Ümumdünya Ətraf Mühit Günü" başlayıb. SİA xəbər verir ki, bu tədbir BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilir.Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.Tədbir iştirakçılarına BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətlə çıxış edib."Ümumdünya Ətraf Mühit Günü plastik çirklənmə ilə mübarizə yollarının axtarışına həsr olunub. Plastik çirklənmə ekosistemlərə, rifahımıza və iqlimə zərər vurur. Plastik tullantılar çayları zibilləyir, okeanı çirkləndirir və vəhşi təbiəti təhlükə altına alır", - o bildirib.Təşkilatın Baş katibi həmçinin plastik çirklənmə probleminə son qoymaq və bütün bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq üçün ciddi səylər göstərməyə çağırıb.Gözlənilir ki, bu gün Azərbaycan 2026-cı il üçün tədbirin ev sahibi ölkəsi elan ediləcək.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...